Klublararası dünya çempionatı "İnter" qrupu lider kimi başa vurdu

Klublararası dünya çempionatı "İnter" qrupu lider kimi başa vurdu

İtaliyanın “İnter” klubu ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatında E qrupunun qalibi kimi pley-offa vəsiqə qazanıb. 
Olimpnews.az xəbər verir ki, Milan təmsilçisi qrupun son oyununda Argentinanın “River Pleyt” klubunu 2:0 hesabı ilə məğlub edərək bu hüquqa yiyələnib. “Nerazzurri”nin heyətində Francesco Pio Esposito (72) və Alessandro Bastoni (90+3) fərqlənib. 
Bu qələbə sayəsində aktivindəki xalların sayını 7-yə çatdıran “İnter” qupu lider kimi başa vuraraq 1/8 finala yüksəlib. Cənubi Amerikalılar isə 4 xalla üçüncü yeri tutaraq mübarizəni dayandırıblar.