Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzaladı.
Olimpnews.az-ın məlumatına görə, xəbəri insayder Fabrizio Romano yayıb.
Xatırladaq ki, Ronaldo 2023-cü il yanvarın 1-də azad agent kimi “Əl-Nəsr”ə keçib. Səudiyyə Ərəbistanı klubunun heyətində portuqaliyalı 105 oyun keçirib, 93 qol vurub və 19 məhsuldar ötürmə edib. O karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"da da çıxış edib.