“Topçular” “arsenal”ını qoruyur

“Topçular” “arsenal”ını qoruyur

İngiltərənin "Arsenal" klubu yarımmüdafiəçi Mayls Lyuis-Skelli ilə uzunmüddətli müqavilə imzalayıb. 

Olimpnews.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə Mayls Lyuis-Skelli 23 oyun keçirib və cəmi bir qol vurub.

Qeyd edək ki, "The Guardian" və "Marca"da yayılan xəbərə görə, Madrid "Real"ı 18 yaşlı futbolçu ilə maraqlanırdı.