Madrid “Real”ının braziliyalı ulduzu Vinisius Junior hələ ki, klubla yeni müqaviləsi ilə bağlı razılığa gələ bilmir.
Olimpnews.az "El Chiringuito" portalının verdiyi xəbərə istinadən xəbər verir ki, tərəflər bütün detalları həll etmədikləri üçün hələ ki, müqavilə imzalanmır. Razılıq əldə olunacağı təqdirdə isə 24 yaşlı hücumçu "kral" klubunun ən çox maaş alan futbolçusu olacaq. Tərəflər arasında yeni müqavilə 2030-cu ilə kimi hesablanacaq.