Münhen "Bayer"ninin hücumçusu Tomas Müller karyerasını MLS-də davam etdirə bilər.
"MLS klublarından birindən təklif almışam. Amma qərar vermək tezdir. İndi bütün diqqətimi klublararası dünya çempionatına yönəltmişəm. Tələsmirəm", - deyə Goal.com portal Müllerdən sitat gətirib.
Xatırladaq ki, 35 yaşlı hücumçu 2009-cu ildən Münhen klubunda çıxış edir. Tomas klubunda keçirdiyi oyun sayına görə rekordçudur.