Messi də Səudiyyə Ərəbistanına yollana bilər

Messi də Səudiyyə Ərəbistanına yollana bilər

Mayami "İnter"nin hücumçusu Lionel Messi də Səudiyyə Ərəbistanına yollana bilər.

Olimpnews.az ölkənin “Əl-Yaum” nəşrinin məlumatına istinadən xəbər verir ki, Messinin atası Xorxe yaxın vaxtlarda “Əl-Hilal”ın prezidenti Bin Nafellə görüşəcək. Görüşün ABŞ-da keçirilməsi nəzərdə tutulacaq.

Qeyd edək ki, Messinin “İnter”lə hazırkı müqaviləsi bu ilin son təqvim günündə başa çatır.