Oğlu atasını əvəz etdi

Oğlu atasını əvəz etdi



Maurisio Süleyman Ümumdünya Boks Şurasının (WBC) icraçı direktoru seçilib.
Meksikada keçirilən seçkilər intriqalarla yadda qalıb. Buna səbəb 2013-cü il yanvarın 17-də dünyasını dəyişmiş Xose Süleymanın oğlunun WBC-nin prezidenti vəzifəsinə əsas namizəd kimi göstərilməsi olub. İntriqalara baxmayaraq mərhum prezidentin oğlu Maurisio Süleyman seçki komissiyasının yekdil qərarı ilə qalib gəlib.
Qeyd edək ki, Xose Süleyman düz 39 il WBC-nin prezidenti olub. Onun ölümundən sonra bu vəzifəni müvəqqəti olaraq oğlu Maurisio icra edirdi.