İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah yay tətilini dostları ilə birgə Türkiyədə keçirir.
Olimpnews.az xəbər verir ki, misirli futbolçu dostları ilə birlikdə Bodrumda dincəlir. 7 nəfər dostu ilə birgə Bodrumdakı restorananların birində əylənən 33 yaşlı futbolçu yekunda 60 min türk lirəsi (təxminən 6 min manat) ödəyib.