İtaliyanın "İnter" klubu yay transfer pəncərəsində daha bir transferini reallaşdırmaq üzrədir.
Olimpnews.az xəbər verir ki, Milan təmsilçisi "Parma" klubundan mərkəz hücumçusu Ange Yoan Bonnini heyətinə cəlb edəcək. "Nerazzuri" 21 yaşlı hücumçunun transferi üçün "Parma"ya 23 milyon avro ödəyəcək.