Klublararası dünya çempionatı: PSJ 1/4 finalda

Klublararası dünya çempionatı: PSJ 1/4 finalda

Fransanın PSJ komandası klublararası dünya çempionatının 1/4 final mərhələsinə vəsiqə qazanıb. 

Olimpnews.az xəbər verir ki, Paris təmsilçisi 1/8 finalda ev sahibləri "İnter Mayami" klubuna 4 cavabsız qolla qalib gəlib. Oyunda bütün qollar ilk hissədə vurulub. Luis Enrikenin komandasının heyətində Joao Neves 6 -cı dəqiqədə hesabı açıb. 20 yaşlı yarımmüdafiəçi 39-cu dəqiqədə özünün və komandasının ikinci qolunun müəllifi olub. İlk hissənin sonları Messi və komanda yoldaşları üçün qorxulu kabusa çevrilib. Belə ki, 44-cü dəqiqədə ABŞ təmsilçisinin futbolçusu Tomas Aviles topu öz qapısına göndərib. 45+3-cü dəqiqədə isə Əşrəf Hakimi PSJ-nin böyükhesablı qələbəsini rəsmiləşdirib -4:0. Beləliklə, PSJ klubu adını 1/4 finala yazdırıb.