Vyana sınağından gümüş medal 

Vyana sınağından gümüş medal 

İyunun 28-29-da Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib. 
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, sayca 121-ci dəfə təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticə əldə ediblər. Komandamız beynəlxalq yarışda gümüş medal qazanıb. 
Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütlüyü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsində yer alıblar.