Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə Dünya Kuboku keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi kişi cütlüyü - Daniel Abbasov və Murad Rəfiyev, qarışıq cütlük - Sabir Ağayev və Milana Əliyeva, kişi qrupu - Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli, qadın qrupu - Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil ediblər.
Qarışıq hərəkətlər proqramı üzrə kişi qrupunda Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli 29.070 xalla, kişi cütlüyündə isə Daniel Abbasov ilə Murad Rəfiyev 28.730 xalla ikinci yeri tutublar və gümüş medal qazanıblar.