"Fiorentina"nın yarımmüdafiəçisi Rolando Mandraqora klubdan gələn müqaviləni uzatmaq təklifinin müsbət dəyərləndirib.
Olimpnews.az jurnalist Nikolo Şiranın sözlərinə istinadən xəbər verir ki, "Bolonya" və "Betis" klublarının maraq dairəsində olan 28 yaşlı Rolando yeni mövsümdə də "bənövşəyilər"in işinə yarayacaq.
Qeyd edək ki, ötən mövsüm Mandraqora 43 oyunda 9 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.