Qətər 2029-cu ildə klublararası dünya çempionatına ev sahibliyi etmək niyyətindədir.
Olimpnews.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, yazdığı məlumata görə, ölkə nümayəndələri artıq FİFA ilə ilkin danışıqlar aparıb. Ərəblər DÇ-2022-dən qalan infrastrukturdan istifadə etməklə yarışı Qətərə qaytarmaq istəyir. Danışıqlar müsbət başa çatsa, çempionatın qışda keçiriləcəyi ehtimal edilir.
Qeyd edək ki, Qətərlə yanaşı, Braziliya da anoloji çempionata ev sahibliyi etmək üçün iddialıdır.