Polis Avropa mükafatçısını həbs edib

Polis Avropa mükafatçısını həbs edib

"Mançester Yunayted"in və "Liverpul"un keçmiş yarımmüdafiəçisi Pol İns sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs olunub.

Olimpnews.az Daily Mail-ə istinadən xəbər verir ki, İngiltərə millisinin keçmiş kapitanının idarə etdiyi avtomobil yol kənarına çırpılıb. Həbs edildikdən sonra 57 yaşlı Pol İns zaminə buraxılıb. Onun məhkəməsi iyulun 18-nə təyin edilib.

Qeyd edək ki, ingiltərəli yarımmüdafiəçi 1996-cı ildə keçirilən  Avropa çempionatının bürünc mükafatçısıdır.