Messi Mayamidə qalacaq

Messi Mayamidə qalacaq

Mayami "İnter"i argentinalı hücumçu Lionel Messi ilə müqaviləni uzatmaq niyyətindədir. Nüfuzlu insayder Fabrizio Romanonun sözlərinə görə, tərəflər arasında danışıqlar müsbət nəticə verib. Məlumat üçün bildirək ki, Messi 2023-cü ilin yayında "İnter Mayami"yə keçib. Onun müqaviləsi bu ilin 31 dekabr tarixində sona çatır.