"Atletiko" yeni transferini rəsmiləşdirdi 

"Atletiko" yeni transferini rəsmiləşdirdi 

İspaniyanın Madrid "Atletiko"su heyətini yeni futbolçu ilə gücləndirir. 
Olimpnews.az xəbər verir ki, İspaniya təmsilçisi "Atalanta" klubundan 22 yaşlı sol cinah oyunçusu Matteo Ruqqerin transferini rəsmiləşdirib. 
Madridlilər bu transfer üçün İtaliya təmsilçisinə 17 milyon avro ödəyəcək.