Klublararası dünya çempionatında 1/4 final həyəcanı başlayır

Klublararası dünya çempionatında 1/4 final həyəcanı başlayır

Bu gün ABŞ-da keçirilən futbol üzrə klublararası dünya çempionatında 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

Olimpnews.az xəbər verir ki, günün yeganə oyunu Florida ştatındakı Orlando şəhərindəki "Kampinq World Stadium"da keçiriləcək oyunda Braziliyanın "Fluminense" və Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunu niderlandlı baş hakim Danni Makkelie idarə edəcək.