"Qalatasaray" "İnter"in iki futbolçusu - qapıçı Yann Sommer və yarımmüdafiəçi Hakan Çalhanoğlu ilə danışıqlarını davam etdirir.
Olimpnews.az "Sports Digitale"in məlumatına istinadən xəbər verir ki, Çalhanoğlu "neradzurri"nin kapitanı Lautaro Martinezlə münaqişəyə görə komandanı tərk etmək istəyir. Dekabr ayında 37 yaşı tamam olacaq Sommer isə gələcəyini "İnter"də görmür.