90-ların sevimli qapıçısı həyatla vidalaşıb

90-ların sevimli qapıçısı həyatla vidalaşıb

Öz nəslinin ən məşhur nigeriyalı futbolçularından biri olan keçmiş qapıçı Peter Rufai 61 yaşında vəfat edib.

Olimpnews.az xəbər verir ki, o, 1981-ci ildən 1998-ci ilə kimi Nigeriya millisinin idman şərəfini qoruyub. 17 il il ərzində komanda ilə mühüm uğurlar qazanan Rufai 1994-cü ildə Afrika Millətlər Kubokunda qızıl, 1998-ci ildə gümüş medallar qazanıb. Rufai klub səviyyəsində Belçikanın “Lokeren” və “Beveren”, Niderlandın “Go Ahead Eagles”, İspaniyanın “Herkules”, eləcə də Portuqaliya “Feyrense” və “Jil Visenten”in çərçivələrini qoruyub.