Yüngül çəkidə keçmiş müvəqqəti UFC çempionu amerikalı Dastin Puarye UFC ilə vidalaşır. O, həmin vida görüşü barədə maraqlı fikirlər səsləndirib. "Həqiqətən də qələbə sevincini yaşamaq istəyirəm. Bütün bu emosiyaları yaşamaq üçün son şansım olacaq. Hazırda elə bilirəm ki, ilk görüşə hazırlaşıram. Səkkizbucaqlıdan gözəl hisslərlə ayrılmaq istəyirəm».
Xatırladaq ki, Puarye həmyerlisi Maks Holloveylə iyulun 20-də Nyu Orleanda (Luiziana, ABŞ) UFC 318 turnirində üz-üzə gələcək.