UEFA bir sıra Avropa klubunu maliyyə qaydalarını pozduğuna görə cərimələyib.
Olimpnews.az xəbər verir ki, İngiltərənin "Çelsi" klubu 31 milyon + 60 milyon şərti, "Aston Villa" 11 milyon + 15 milyon şərti, Fransanın "Lyon" komandası 37.5 milyon + 12.5 milyon şərti, İspaniyanın "Barselona" klubu 15 milyon, İtaliyanın "Roma" klubu isə 3 milyon avro məbləğində cərimələ ilə üzləşib.
Qeyd edək ki, bu klublar UEFA-nın Maliyyə Dayanıqlılığı Qaydalarını pozduqları üçün cəzaya məruz qalıblar. Qaydalar maliyyə sabitliyi üçün gəlirin 70 faizi qədər əmək haqqı, transfer və komisyon xərclərini məhdudlaşdırır. Əgər klublar yenə də qaydaları pozarsa, onlar əlavə məhdudiyyətlərlə üzləşə bilərlər.
UEFA aparıcı futbol klublarını cərimələdi
jpeg-1751652890.jpeg)