“Neytral tamaşaçı olsaydım, belə futbola divandan baxardım”

“Neytral tamaşaçı olsaydım, belə futbola divandan baxardım”

Münhen "Bayern"nin yarımmüdafiəçisi Coşua Kimmix bu gün klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə matç barədə danışıb. “PSJ-də hər mövqedə yüksək səviyyəli oyunçular var. Onlar istənilən vəziyyətdə qol vura bilirlər. Hər iki komanda çox dinamik futbol oynayır. Neytral tamaşaçı olsaydım, belə futbola divandan baxardım. Son bir neçə ildə PSJ ilə tez-tez oynamışıq. 2020 Çempionlar Liqasının finalı (1:0) karyeramın ən parlaq oyunu idi. PSJ xüsusi rəqibdir”, - Bayern & Germany portalı Kimmixdən sitat gətirib.

Qeyd edək ki, görüş Bakı vaxtilə saat 20:00-da Atlanta şəhərində keçiriləcək.