Yüngül çəkidə UFC çempionu olan gürcü əsilli ispaniyalı İlya Topuriya bildirib ki, onun növbəti rəqibi ingiltərəli Peddi Pimblett olacaq. "Hazırda növbəti rəqib Pimblettdir. İddialı danışmağı sevmirəm. Fürsət yaranan kimi döyüşü bitirəcəyəm", - MMA Mania portalı Topuriyadan sitat gətirir.
Xatırladaq ki, UFC 317 turnirində İlya Topuriya braziliyalı Çarlz Oliveyraya ilk raundda nokautla qalib gəlib.