"Barselona" Dumfrisin transferindən imtina etdi 

"Barselona" Dumfrisin transferindən imtina etdi 

İspaniyanın "Barselona" klubu "İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfrisin transferindən imtina edib. 
Olimpnews.az xəbər verir ki, buna səbəb Kataloniya təmsilçisinin Jül Kundeyə yeni mövsümdə də güvənməsidir. Bu səbəbdən klub rəhbərliyi Dumfrislə bağlı transfer üçün danışıqlar aparmayacaq. "Barselona" klubunun baş məşqçisi  Hans Flik həmçinin, Erik Qarsiya və Hektor Forta da güvənir.