Fransanın PSJ komandası klublararası dünya çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Olimpnews.az xəbər verir ki, Paris təsmilçisi 1/4 finalda Almaniyanın “Bayern Münhen” klubuna 2:0 hesabı ilə qalib gələrək bu hüquqa yiyələnib. Corciya ştatında yerləşən "Mersedes-Benz Stadium"da keçirilən oyunda hesab ikinci hissənin 78-ci dəqiqəsində açılıb. Dezir Doue Paris təmsilçisini hesabda önə çıxarıb. Qarşılaşmanın 90+6-cı dəqiqəsində isə Osman Dembele fərqlənərək hesabdakı üstünlüyü iki topa çatdırıb.
Qeyd edək ki, PSJ klubu oyunu 9 nəfərlə tamamlayıb. Belə ki, 82-ci dəqiqədə Villian Paço, 90+2-ci dəqiqədə isə Lukas Hernandes qırmızı vərəqə alaraq meydandan qovulub.
Beləliklə, “Bayern Münhen” klubuna 2:0 hesabı ilə qalib gələn Luis Enrikenin komandası yarımfinaıda “Real” - "Borussiya” oyunun qalibi ilə qarşılaşacaq.
Parislilər "alman maşını"nı sıradan çıxardı

