"Lester"in sabiq hücumçusu, hazırda azad agent olan Ceymi Vardi karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Olimpnews.az xəbər verir ki, 38 yaşlı futbolçu Rasmus Höylundun əvəzləyicisi ola bilər.
Xatırladaq ki, Vardi 2012-ci ildən "Lester"də çıxış edirdi. O, İngiltərə Premyer Liqasında 342 oyun keçirib, 145 qol vurub və 50 məhsuldar ötürmə ilə yadda qalıb.