Bu gün futbol üzrə klublararası dünya çempionatında növbəti finalçının adına aydınlıq gələcək.
Olimpnews.az xəbər verir ki, həlledici görüşə son vəsiqə uğrunda qarşılaşmada Fransanın PSJ və İspaniyanın "Real" klubları üz-üzə gələcək. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun Nyu-Cersidəki Metlayf stadionunda keçiriləcək. Matçı polşalı baş hakim Şimon Marçinyak idarə edəcək
Bu cütün qalibi iyulun 13-də keçiriləcək final oyununda İngiltərənin "Çelsi" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, parislilər 1/4 finalda "Bayern Münhen"i 2:0, "Real Madrid" isə "Borussiya Dortdmund"u 3:2 hesabı ilə məğlub edərək yarımfinalda oynamaq hüququq qazanıb.