UFC-nin yüngül çəkidə çempionu İlya Topuriya 70 kq çəkidə çıxış edən Arman Sarukyan barədə fikirlərini bildirib.
"Tsarukyan tam axmaqdır! Onun Çarlz Oliveyra ilə döyüşünü görmüsünüz? O, rəqibini təslim etməyə yaxın idi. Sizi əmin edirəm ki, Arman Sarukyanı məhv edəcəyəm", - deyə Abc.es portalı 28 yaşlı gürcü əsilli ispaniyalı döyüşçüdən sitat gətirib.
Qeyd edək ki, "gürcustanlı matador" Topuriya UFC 317-də braziliyalı Çarlz Oliveyraya ilk raundda qalib gəlmişdi.