Bu gün futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, qitənin nüfuzuna görə ikinci klub turnirindəki yeganə təmsilçimiz "Sabah" da bu gün ilk oyununa çıxacaq. Paytaxt təmsilçisinin rəqibi Sloveniyanın "Sele" klubu olacaq. “Bank Respublika Arena”da keçiriləcək oyunun start fiti saat 20:00-da səslənəcək. Oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Daniyar Saxi olacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bir həftə sonra Sloveniyada keçiriləcək.
Bu gün "Sabah" Avropa Liqasında mübarizəyə başlayır
