Futbol üzrə Azərbaycan millisi FIFA reytinqində 3 pillə geriləyib.
Olimpnews.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv 119-cu pillədən 122-yə enib.
Yığma hazırda 1148 xala malikdir.
Qeyd edək ki, siyahıya 1885 xalla son dünya çempionu Argentina yığması başçılıq edir. İspaniya (1867) ikinci, Fransa (1862) isə üçüncü pillədə yer alıb.