"Qara qartallar" türk futbolçunu İstanbula gətirir

"Qara qartallar" türk futbolçunu İstanbula gətirir

"Beşiktaş" "Benfika"nın yarımmüdafiəçisi Orkun Kökcünün "Benfika"ya 30 milyon avro müqabilində transferi ilə bağlı Portuqaliya klubu ilə razılığa gəlib.

Olimpnews.az "Se" saytına istinadən xəbər verir ki, yaxın vaxtlarda futbolçu İstanbul klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayacaq. 

Qeyd edək ki, Kökcü 2023-cü ilin yayından "Benfika"da çıxış edir. O, Lissabon klubunda 98 oyun keçirib, 19 qol vurub və 22 məhsuldar ötürmə edib.