"Brentford"un danimarkalı yarımmüdafiəçisi Kristian Noerqaard Londonun "Arsenal" klubuna keçib.
Olimpnews.az "topçular"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu londonluların heyətində 16 nömrə altında çıxış edəcək. Transferin maliyyə detalları açıqlanmayıb. Transfermarkt portalı yarımmüdafiəçinin bazar dəyərini 11 milyon avro qiymətləndirir.