Peres artıq Vinisiusu "toxunulmaz" saymır

Peres artıq Vinisiusu "toxunulmaz" saymır

Dünən Madrid "Real"ı klublararası dünya çempionatının yarımfinalında PSJ-yə böyük hesabla uduzub - 0:4.

Olimpnews.az xəbər verir ki, bu çempionatda komandanın hücumçusu Vinisius Junior uğursuz çıxışı ilə yadda qalıb. Madrid klubu braziliyalının oyun səviyyəsinin aşağı olmasından, həmçinin Kilian Mbappe ilə anlaşa bilməməsindən narahatdır. Fichajes portalının yazdığına görə, klubun prezidenti Florentino Peres Vinisiusun statusunu dəyişib. Yəni o, braziliyalını artıq toxunulmaz hesab etmir.

Qeyd edək ki, "sambaçı" ilə "Real"ın hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.