Elanqanın yeni klubu müəyyənləşib

Elanqanın yeni klubu müəyyənləşib

"Nottingem Forest"in vingeri Entoni Elanqa "Nyukasl"a keçir. 

Olimpnews.az bu barədə insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir. Mənbənin məlumatına görə, “Nyukasl” 23 yaşlı isveçlinin bonus ödənişləri də daxil olmaqla 63,8 milyon avroya transferi barədə “Nottingem Forest”lə şifahi razılığa gəlib.