"Fənərbağça" ilə yollarını ayıran bosniyalı Edin Dzeko yeni mövsümü A seriyasında keçirəcək.
Olimpnews.az xəbər verir ki, "Fiorentina" 39 yaşlı hücumçu ilə bir il artırmaq şərtilə bir mövsümlük müqavilə imzalayıb. "Bənövşəyilər"in mətbuat xidməti xəbər ki, Dzeko üçün İtaliya klubunda illik məvacib 1,5-2 milyon avro və əlavə ödənişlər olacaq.