"Sabah" klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununu keçirib.
Olimpnews.az xəbər verir ki, paytaxt təmsilçisi Masazırdakı "Bank Respublika Arena"da Sloveniyanın "Sele" klubu ilə qarşılaşıb. Oyun rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Sabah"ın heyətində Pavol Safranko dubl müəllifi olub. O, qarşılaşmanın 3-cü və 18-ci dəqiqəsində fərqlənib. Rəqib komandanın heyətində isə Franko Kovaçeviç (7, 48) və Darko Hrka (90+3) qol müəllifi olub.
Beləliklə, "Sele" klubu cavab oyunu öncəsi böyük üstünlük əldə edib.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bir həftə sonra - iyulun 17-də Sloveniyada keçiriləcək.
Avropa Liqası "Sabah" Bakıda "Sele"yə məğlub oldu
