İspaniyanın "Real" klubu yaxın günlərdə "Benfika"nın futbolçusu Alvaro Karrerasın transferini yekunlaşdırmaq istəyir.
Olimpnews.az xəbər verir ki, Madrid təmsilçisi hətta 22 yaşlı futbolçu üçün 50 milyon avronu ödəməyə hazırdır. Lakin "Kral klubu" bu məbləği birdəfəlik deyil, hissələrə bölünərək ödəyəcək.
Qeyd edək ki, "Real Madrid" klubunun rəhbərliyi daha əvvəl transfer üçün "Benfika"ya 40 milyon avro ödəyəcəyini bildirmişdi.
"Real" Karreras üçün "Benfika" ilə razılığa gəldi
