"Tottenhem" "Vest Hem"də çıxış edən hücumçu Məhəmməd Kudusun transferini tamamlayıb.
Olimpnews.az xəbər verir ki, London klubunun saytında yer alan xəbərə görə, qanalı hücumçu ilə müqavilə 2031-ci ilin yayına kimi nəzərdə tutulub. Müqavilənin dəyəri 55 milyon avrodur. Kudus yeni komandasında 20 nömrəli forma ilə çıxış edəcək.