Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu "Milan"ın müdafiəçisi Teo Hernandes ilə 3 illik müqavilə imzalayıb.
Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı fransalı futbolçu üçün "Milan"a 25 milyon avro ödənilib.
Qeyd edək ki, A Seriyasının son mövsümündə Teo Ernandes “rossonerilər”in heyətində 33 oyuna çıxıb, 4 qolla diqqət çəkib.