İtaliyanın "Bolonya" klubu mərkəz hücumçusu Çiro İmmobile ilə müqavilə imzalayıb.
Olimpnews.az klubun rəsmi saytına istinad'n xəbər verir ki, "Bolonya" 35 yaşlı futbolçu ilə 1+1 şərti ilə müqavilə imzalasa da, müqavilənin uzadılması variantı hələ ki, açıqlanmayıb.
Qeyd edək ki, İtaliya millisinin keçmiş futbolçusu son mövsümü Türkiyənin “Beşiktaş” klubunda keçirib və boloniyalılar onu azad agent kimi heyətə cəlb ediblər.
İmmobile ötən mövsüm İstanbul klubunun heyətində Türkiyə Superliqasında 30 oyun keçirib, 15 qol vurub və komandanın bombardiri olub.