"Liverpul"un cinah hücumçusu Luis Diaz karyerasını Münhen "Bayern"ində keçirə bilər.
Olimpnews.az Bild nəşrinə istinadən xəbər verir ki, Bundestim təmsilçisi kolumbiyalı futbolçu üçün 52 milyon avro təklif edib. Artıq 28 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.