Madrid "Real"ının hücumçusu Rodriqo Kriştianu Ronaldonun israrlı tələblərinə baxmayaraq "Əl-Nəsr"dən gələn təklifdən imtina edib.
Olimpnews.az jurnalist Sebastyen Vidala istinadən xəbər verir ki, o, karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. Belə ki, Luis Dias "Liverpul"dan ayrılsa, "mersisaydlılar" Rodriqo üçün "Real"a müraciət göndərəcəklər.
Qeyd edək ki, 2024/25 mövsümündə Rodriqo bütün yarışlarda 54 matçda meydana çıxıb, 14 qol vurub və 11 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, 24 yaşlı hücumçunun qiyməti 90 milyon avrodur.