Madrid "Real"nın müdafiəçisi Fran Qarsiya La Liqanı A Seriyasına dəyişə bilər.
Olimpnews.az AS jurnalistlərinin verdiyi məlumata istinadən xəbər verir ki, "Milan" 25 yaşlı futbolçu ilə müqavilə imzalamaqda maraqlıdır. Rossonerilər Qarsiyanı Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçən Teo Hernandezin əvəzləyicisi kimi nəzərdən keçirir. İspaniyalı futbolçunun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.