"Real"ın təklifi "mersisaydlıları" qane etmədi

"Real"ın təklifi "mersisaydlıları" qane etmədi

İspaniyanın “Real” klubu İngiltərənin “Liverpul” klubunda çıxış edən İbrahima Konateni heyətinə cəlb etmək istəyir. 
Olimpnews.az AS nəşrinə istinadən xəbər verir ki, “Kral klubu” “mersisaydlılar”a 25 milyon avro təklif edib. İngiltərə təmsilçisi isə fransalı mərkəz müdafiəçi üçün 50 milyon avro tələb edir.
“Liverpul” klubu müqaviləsi 2026-cı ildə başa çatacaq Konateni azad agent kimi buraxmaq əvəzinə bu il satmağı düşünür.