La Liqa təmsilçisi "Espanyol" baş məşqçi Manolo Qonzaleslə müqaviləni 2026/2027 mövsümünün sonuna qədər artırıb.
Olimpnews.az xəbər verir ki, aprel ayında La Liqada ayın ən yaxşı məşqçisi olan Qonzales 2023-cü ildən klubun sistemində çalışıb. 2024-cü ildə isə əsas komandaya rəhbərlik edib.
Qeyd edək ki, ötən mövsüm "Espanyol" 42 xalla 14-cü yeri tutub.