"Milan" hücumda güclənmək istəyir   

"Milan" hücumda güclənmək istəyir   

"Milan" "Monako"nun isveçli hücumçusu Breel Embolonu heyətinə cəlb etmək istəyir.

Olimpnews.az jurnalist Canluka Di Marzionun məlumatına istinadən xəbər verir ki, "rossonerilər" hücumu onunla gücləndirmək niyyətindədir.

Qeyd edək ki, Embolonun knyazlıq təmsilçiləri ilə müqaviləsi növbəti ilə qədər davam edir. Ötən mövsüm Embolo Fransa çempionatında 29 oyunda 6 qol və 4 məhsuldar ötürmə müəllifi olub.