Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Tomas Lemar karyerasını Liqa 1-də davm etdirə bilər.
Olimpnews.az AS nəşrinin məlumatına istinadən xəbər verir ki, "Lion" yarımmüdafiəçini transfer etməkdə maraqlıdır. 2018-ci ildə 65 milyon avroya Madrid klubuna keçən Lemar La Liqada 125 oyunda 9 qol vurub.
Qeyd edək ki, Transfermarkt portalı Tomun transfer dəyərini 5 milyon avro ilə qiymətləndirir. Lemarın "Atletiko" ilə hazırkı müqaviləsi 2027-ci ilin iyunun ayında başa çatacaq.