6116 dəqiqə - Valverdenin dünya rekordu 

6116 dəqiqə - Valverdenin dünya rekordu 

Madrid "Real"ının yarımmüdafiəçisi Federiko Valverde ötən mövsüm meydanda keçirdiyi vaxta görə dünya rekorduna imza atıb.

Olimpnews.az “Marca”ya istinadən xəbər verir ki, araşdırmasına əsasən, uruqvaylı futbolçu 72 matçda meydana çıxıb. O, "Real"ın və Uruqvay millisinin keçirdiyi oyunlarda 6116 dəqiqə mübarizə aparıb. İlk üçlüyə 66 oyun (5796 dəqiqə) ilə yarımmüdafiəçi Bruno Fernandes ("Mançester Yunayted" və Portuqaliya millisi) və 63 oyunla (5624 dəqiqə) qapıçı Mayk Menyan ("Milan" və Fransa millisi) daxildir. İlk 10-luğa Coşua Kimmix (Münhen "Bayern"i), Yoşko Quardiol ("Mançester Siti"), David Raya ("Arsenal"), Əşrəf Hakimi (PSJ), Mark Kukurella ("Çelsi"), Yan Oblak ("Atletiko") və Vircil van Deyk ("Liverpul") kimi futbolçular daxildir. Onların hamısı 5000 dəqiqədən çox meydanda komandalarının uğurları üçün çalışıblar.