İspaniya mətbuatında yer alan xəbərlərə görə, Vinisius Juniorun Madrid "Real"ından ayrılması klub üçün faciə olmayacaq.
Olimpnews.az xəbər verir ki, "Vinisiusun gedişi iki il əvvəl olduğu qədər dramatik sayılmayacaq. Braziliyalı iki il əvvəl özünü az qala “Qızıl top”un qalibi kimi hiss edib və şərtlərini kluba diktə edib. Ancaq indi hər şey dəyişib. Futbolçunun performansı açıq-aşkar azalır. Yeni baş məşqçi Xabi Alonso onu müxtəlif mövqelərdə sınayır. Nəticə isə göz qabağındadır", - deyə COPE-nin jurnalisti Roberto Morales vurğulayıb.
Xatırladaq ki, klubun futbolçu ilə yeni müqavilə ilə bağlı danışıqları Vinisiusun yüksək maaş tələbinə görə rəsmiləşməyib.